Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi noyabrın 11-də “Nağıllar aləmində” adlı tamaşa ilə yenidən uşaqların görüşünə gələcək.
Teatrdan "Tehsil.biz"ı bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimovdur.
Tamaşada müxtəlif xalqların nağıl qəhrəmanları öz ölkələrinin mədəniyyətindən və tarixindən danışır. Səhnə əsəri rəngarəng musiqi nömrələri ilə zəngindir.