Vətən müharibəsi şəhidi polkovnik-leytenant Abakar Hacıyevin oğlu, Zaqatala şəhər akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Hacı Hacıyevin də daxil olduğu “Village Boys” komandası Panamada keçirilən Dünya Robot Olimpiadasında “Future İnnovators – Junior” kateqoriyası üzrə ikinci yeri tutub.
Tehsil.biz xəbər verir ki, noyabrın 7-dən 9-dək Gənclər və İdman Nazirliyinin dəstəyi, AREA-nın təşkilatçılığı ilə Azərbaycan komandası Panamada keçirilən Dünya Robot Olimpiadasında iştirak edib. 5 qitədən, 84 ölkənin 450 komandasının qatıldığı dünyanın ən böyük Robot Olimpiadasında Azərbaycan 8 komanda ilə mübarizə aparıb.
"Future İnnovators - Senior" kateqoriyası üzrə "Caspian Rescuer" komandası isə 7-ci yerə layiq görülüb.