Logo

BDU müəllimlərinin həmmüəllifi olduğu məqalə impakt faktorlu jurnalda

30.03.2021 14:14 561 baxış
IMG

Bakı  Dövlət Universitenin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva və kafedranın dosenti Elmina  Qədirovanın  həmmüəllif olduqları  “Role of polyaromatic hydrocarbons in the pollution of aquatic ecosystems” (“Su ekosistemlərinin çirklənməsində poliaromatik karbohidrogenlərin rolu”)  məqaləsi  yüksək impakt faktorlu (İF6.356) “Science China Chemistry” jurnalında çap edilib. 


Məqalədə poliaromatik karbohidrogenlərin su ekosisteminə təsirindən bəhs edilib, Tədqiqat zamanı toksiki təsirli 16 PAK təyin edilib. Analizlər 6890N qaz xromotoqrafiyası ilə təchiz edilmiş yüksək həssaslığa malik Agilent 5975 kütlə detektorunda aparılıb. 

 

Məqalə ilə tanış olmaq üçün linkə daxil ola bilərsiniz. 


https://doi.org/10.5281/zenodo.4628620

Xəbər lenti