"Həqiqətən də 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi çox möhtəşəm tədbirdir. Düşünürəm ki, belə tədbirlərin keçirilməsi Azərbaycan dövləti üçün çox vacibdir".
Tehsil.biz xəbər verir ki, bu sözləri AzərTAC-a açıqlamasında Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva söyləyib.
Azərbaycanın hər sahədə olduğu kimi, bu sahədə də irəlidə olduğunu bildirən müvəkkil deyib: "Bu gün burada çoxsaylı vətəndaşlarımız iştirak edir. Xüsusilə də şagirdlərin, tələbələrin iştirakı bizi çox sevindirir. Onların kitaba, mütaliəyə olan bağlılığını görmək bizim gözləntilərimiz arasında idi. Azərbaycanda kitabsevərlərin sayının çox olması bizim üçün sevindirici haldır.