Bu gün Bakı Dövlət Universiteti (BDU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib.
Elmi Şura öz işinə başlamadan öncə 31 mart soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İclasda BDU-nun rektoru Elçin Babayev 2020/2021-ci tədris ilinin yaz semestri üzrə onlayn dərslərin gedişi və təcrübələr haqqında məlumat verib.
Daha sonra Sosial elmlər və psixologiya fakültəsinin və Nanoaraşdırmalar Elmi-tədqiqat Mərkəzinin 2020-ci il üzrə hesabatı dinlənilib. Hesabatda innovasiyaların dəstəklənməsi sahəsində fəaliyətin genişləndirilməsi, beynəlxalq əməkdaşlıq və əlaqələr, tədris prosesinin elmi tədqiqatlar və istehsalatla əlaqələndirilməsi, tələbə, magistrant və doktorantlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki bilik, bacarıq və vərdişlərin formalaşdırılması və s. ilə bağlı ətraflı məlumat verilib.
Şura öz işini cari məsələlərin müzakirəsi ilə davam etdirib.