Bakı Ali Neft Məktəbinin əməkdaşları arasında Zəfər Gününə həsr olunmuş stolüstü tennis və üzgüçülük yarışı keçirilib.
Tehsil.biz xəbər verir ki, ali məktəbin İdman Mərkəzində keçirilən tennis yarışında 24, üzgüçülük yarışında isə 15 nəfər iştirak edib. Gərgin keçən mübarizə nəticəsində tennis yarışında bütün rəqiblərini məğlub edərək 1-ci yerə Biznesin idarə olunması kafedrasının müdiri Altay İsmayılov, 2-ci yerə İdman Mərkəzinin məşqçisi Ruslan Nərimanov, 3-cü yerə isə Tədbirlərin təşkili şöbəsinin əməkdaşı Tahir Əfəndiyev layiq görülüb.
Üzgüçülük yarışında 50 metr məsafə üzrə İqtisadiyyat və uçot şöbəsinin aparıcı mühasibi Ağasəf Abdullayev 1-ci (34.0 saniyə), İdman Mərkəzinin məşqçisi Ruslan Nərimanov 2-ci (37.0 saniyə), Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının müəllimi Nicat Həsənov isə 3-cü yeri (39 saniyə) əldə edib.