İspaniyalı rəssam Pablo Pikassonun “Saatlı qadın” tablosu “Sotheby's” hərracında 139 milyon dollara satılıb.
Tehsil.biz Gazeta.ru-ya istinadən xəbər verir ki, ispan rəssamın ikinci ən bahalı rəsm əsəridir. Qeyd edilir ki, “Saatlı qadın” ilkin olaraq 120 milyon dollar dəyərində qiymətləndirilib.
Qeyd edək ki, rəsm Pikasso tərəfindən 1932-ci ildə 130x97 ölçüdə kətan üzərində çəkilib. Bu, rəssamın sevgilisi olaraq onu yeni əsərlər yaratmağa ruhlandıran fransız model Mari Terez Valterin təsviridir.