Logo

BŞTİ: "Bağçalara işə qəbul müsabiqəsinin müsahibə mərhələsi başa çatıb" - FOTO

13.11.2023 12:04 274 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb.

BŞTİ-dən "Tehsil.biz"ə bildirilib ki, müsahibələrə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin nəticələrinə əsasən, keçid balını toplamış 96 namizəd dəvət olunub. Müsahibələrdə ümumilikdə 91 nəfər iştirak edib.

Qeyd edək ki, müsahibə mərhələsində namizədlərə ünsiyyət və təqdimatetmə, liderlik, idarəetmə bacarıqları, həmçinin məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıq səviyyəsinin ölçülməsinə dair suallar verilib. Namizədlər müsahibə mərhələsində uğur qazanmaq üçün 3 meyar əsasında qiymətləndirilib.

Xəbər lenti