Logo

ADAU tələbələri TGT haqqında məlumatlandırılıb - FOTO

13.11.2023 17:05 195 baxış
IMG

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri ilə görüşüblər.

ADAU-dan "Tehsil.biz"ə bildirilib ki, görüşün məqsədi “Tələbə Gənclər Təşkilatı” nədir?, Fəaliyyətləri nələrdir? və s. tipli sualları cavablamaq olub.

Görüşdə ATGTİ-nin Üzvlərlə İş Üzrə Meneceri Rüfət Rüstəmov, Klublarla iş üzrə meneceri Aqil Quliyev və ADAU-nun Tələbə Gənclər Təşkilatının sədri Nizami Məmmədov tələbələrə TGT haqqında məlumat verib, suallarını cavablandırıblar.

Qeyd edək ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Azərbaycanın 101 ali və orta təhsil müəssisəsini özündə birləşdirən ən böyük tələbə təşkilatlarından biridir.

Xəbər lenti