Logo

BANM ilə Özbəkistanın İnstitutu əməkdaşlıq edəcək - FOTO

13.11.2023 23:30 397 baxış
IMG

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun prorektoru Ənvər Şernayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və müvafiq kafedra və şöbə rəhbərləri ilə nümayəndə heyəti arasında keçirilən görüşdə iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq istiqamətləri, xüsusilə Neft-qaz və Kimya mühəndisliyi ixtisasları üzrə əməkdaşlıq imkanları müzakirə olunub.

Özbəkistan nümayəndə heyəti Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıqda maraqlı olduqlarını, Neft-qaz və Kimya mühəndisliyi ixtisasları üzrə BANM-in təcrübəsindən faydalanmaq istədiklərini vurğulayıblar.

Görüşlərdə, həmçinin mübadilə proqramları çərçivəsində tələbə və müəllim heyətinin mübadiləsi, perspektiv əməkdaşlıq imkanları barədə geniş müzakirə aparılıb.

Xəbər lenti