Azərbaycan Dillər Universitetinin Pedaqogika kafedrasının müəllimləri "Birgə və Sağlam" İctimai Birliyi, "İnklüziv İnkişafa Dəstək Mərkəzi" Əlavə Təhsil Müəssisəsi və "Uygulamalı Davranış Analizi Derneği"nin təşkilatçılığı ilə keçirilmiş seminarda iştirak ediblər.
ADU-dan "Tehsil.biz"ə verilən məlumata görə, "Uşaq və yeniyetmələrdə cinsi tərbiyə" adlı seminar Tətbiqi Davranış Analizi və uşaq inkişaf mütəxəssisi T.Süzerin spikerliyi ilə təqdim olunub.
Müəllimlərimiz sertifikata layiq görülüblər.