Logo

Şəhid gömrükçü Ülvi Hacıyevin xatirəsi yad edilib - FOTO

14.11.2023 00:02 493 baxış
IMG

Dövlət Gömrük Komitəsinin Akademiyasının əməkdaşları və tələbələri 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük əməkdaşı Ülvi Hacıyevin doğum günündə xatirəsini anıblar.

Tehsil.biz xəbər verir ki, bu münasibətlə Akademiyanın bir qrup əməkdaşı və tələbələri şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Əməkdaşlar Akademiyanın rəhbərliyi və kollektivi adından şəhidin ailəsinə dərin hüznlə başsağlığı verib, səbir diləyərək dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda canını fəda edən, qorxmadan ölümə gedən cəsur vətən övladlarımızın xatirəsinin hər zaman əziz tutulacağını bildiriblər.

Xəbər lenti