Logo

BDU-nun SABAH qruplarının məzunu Almaniya dövlət təqaüdünün qalibi olub - FOTO

14.11.2023 10:49 326 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının məzunu Murad Vəliyev Almaniya dövlət təqaüdünün hüquqşünaslıq ixtisası üzrə qalibi olub.

Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.

Qeyd olunub ki, təqaüdə 900-ə yaxın müraciət olub, BDU məzunu yüksək rəqabət nəticəsində bu imkanı qazanıb.

Murad Vəliyev hazırda magistratura təhsilini Almaniyanın Saarland Universitetində Avropa və beynəlxalq hüquq ixtisası üzrə davam etdirir.

Xəbər lenti