Logo

Lənkəran Regional Elmi Mərkəzinin şöbə müdirinin tərcümələrindən ibarət yeni kitabı işıq üzü görüb

14.11.2023 19:52 290 baxış
IMG

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin şöbə müdiri Sərraf Talıbovun dünya ədəbiyyatından etdiyi tərcümələrindən ibarət “Sonuncu sağlıq” adlı kitabı çap olunub.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Kitabın redaktoru və “Ön söz”ünün müəllifi tanınmış yazıçı və tərcüməçi Nəriman Əbdülrəhmanlıdır. Topluya dünyanın görkəmli yazıçı və şairlərindən Anna Axmatova, Boris Pasternak, İosif Brodski, Qabriel Qarsiya Markes, Aqata Kristi, Uilyam Folkner, Çingiz Aytmatov, Nodar Dumbadze, Tatyana Tolstaya, Odisseas Elitis, Nadin Qordimer, Çarlz Bukovski, Tomas Elliot, Ezra Lumis Paund, Emili Dikinson və Ay Tsinin şeirləri və nəsr əsərləri daxil edilib.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda hər müəllifin yığcam tərcümeyi-halı da təqdim olunub.

Qeyd edək ki, sözügedən kitab şair, tərcüməçi, publisist Sərraf Talıbın son üç ildə nəşr olunan sayca üçüncü kitabıdır.

Xəbər lenti