Logo

“Dövlətimiz dinə hər zaman xüsusi həssaslıq və qayğı ilə yanaşır”

14.11.2023 20:36 291 baxış
IMG

“Dövlətimiz dinə hər zaman xüsusi həssaslıq və qayğı ilə yanaşır”.

Tehsil.biz xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı bildirib.

S.Salahlı dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili, həmçinin cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması istiqamətlərində görülən işlərdən danışıb.

Dövlətin dinə hər zaman xüsusi həssaslıq və qayğı ilə yanaşdığını qeyd edən S.Salahlı dövlət başçısı İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mühüm layihələrin həyata keçirildiyini vurğulayıb.

Mərcanə Əsədova

Xəbər lenti