Bakı Dövlət Universitetində (BDU) Kibertəhlükəsizlik laboratoriyası yaradılacaq.
Tehsil.biz xəbər verir ki, bu barədə BDU və İstanbul Texniki Universiteti (İTU) arasında imzalanan anlaşma memorandumunda nəzərdə tutulub.
İTU-nun kibertəhlükəsizlik sahəsində zəngin təcrübəsindən istifadə edərək BDU-da Kibertəhlükəsizlik laboratoriyasının birgə qurulması planlaşdırılır.