Logo

İstanbul Ticarət Universitetinin rektoru Xəzər Universitetində olub

15.11.2023 16:31 478 baxış
IMG

İstanbul Ticarət Universitetinin rektoru Əbdülhəmid Avşar Xəzər Universitetinin təsisçi, Direktorlar və Qəyyumlar Şurasının sədri Hamlet İsaxanlı ilə görüşüb.

Xəzər Universitetindən "Tehsil.biz"ə bildirilib ki, görüşdə qonaq İstanbul Ticarət Universiteti, oradakı ixtisaslar və fakültələr haqqında danışıb.

Sonra Əbdülhəmid Avşar Xəzər Universitetinin rektoru İradə Xəlilova ilə görüşüb.

Görüş zamanı əlaqələrin inkişaf etdirilməsi, ikitərəfli müqavilələrin imzalanması və digər məsələlər müzakirə olunub.

Xəbər lenti