Logo

ADU-da "Disleksiya nədir?" mövzusunda seminar keçirilib

15.11.2023 23:59 590 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzinin təşkilatçılığı ilə "Disleksiya nədir?" mövzusunda seminar keçirilib.

ADU-dan "Tehsil.biz"ə bildirilib ki, seminar pedaqoq-mentor T. Möhsünovanın spikerliyi ilə reallaşıb.

Təqdimat zamanı disleksiya barədə geniş məlumat verilib, aradan qaldırılması yollarından bəhs edilib, tələbələrin sualları cavablandırılıb, açıq müzakirə təşkil olunub. 

Xəbər lenti