Ağdaş və Qəbələ rayonlarında fəaliyyət göstərən üç məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.
Tehsil.biz-in məlumatına görə, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirusun (COVID-19) yayılmasıdır.
Qəbələ rayon 3 nömrəli orta məktəbdə dərslər distant formada davam etdiriləcək.
Eyni zamanda, Ağdaş şəhər S.Vurgun adına 1 və 5 saylı orta məktəbdə dərslər dayandırılıb.
Dərslər iki həftə distant formada davam etdiriləcək.