Noyabrın 16-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda III beynəlxalq elmi-praktik konfrans keçirilir.
UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, konfransın əsas məqsədi dövlət, özəl sektor, universitetlər və beynəlxalq təşkilatların müvafiq nümayəndələrini bir araya gətirərək rəqəmsal iqtisadiyyat mövzusunda müasir trendlər ətrafında müzakirələr aparmaq və qarşıda duran vəzifələri müəyyən etməkdir.
Konfransda “Yeni iqtisadi reallıqda rəqəmsal iqtisadiyyat iqtisadi və sosial inkişafın əsas drayveri kimi”, “Rəqəmsal texnologiyaların və süni intellektin hüquqi tənzimlənməsində müasir tendensiyalar”, “Rəqəmsal iqtisadiyyatda biznesin idarə edilməsi”, “Rəqəmsal iqtisadiyyat və ali təhsil sistemi: əsas tendensiyalar və maneələr”, “Rəqəmsal iqtisadiyyatın inkişafının beynəlxalq aspektləri”, “Rəqəmsallaşma meqatrend kimi iqtisadiyyatın maliyyə sektoru”, “Rəqəmsal səhiyyə: çağırışlar və perspektivlər”, “Enerjinin rəqəmsal transformasiyası” mövzuları müzakirə olunur.