Logo

“Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzusunda təlim keçirilib

16.11.2023 16:17 460 baxış
IMG

16 noyabr 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzinin əməkdaşı Cavid Cəərçiyev tərəfindən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşları üçün “Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi” mövzusunda təlim keçirilib.

Tehsil.biz xəbər verir ki, təlim zamanı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun məqsədi, dövlət orqanlarının təsnifatı, dövlət qulluqçularının hüquq və vəzifələri, ixtisas dərəcələri ilə bağlı məlumatlar verilib. Həmçinin dövlət qulluğuna qəbul və fəaliyyətə xitam verilməsi, xidməti fəaliyyətin davam etdirilməsi və qiymətləndirilməsi qaydaları təlim iştirakçılarına izah edilib.Təlimin sonunda müvafiq mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlərin təşkil olunması davam etdiriləcəkdir.

Təlimlərdə iştirak etmək istəyən şəxslər [email protected] elektron poçt ünvanına yaza və ya (012) 310 53 16 (daxili 1221) nömrəsinə zəng edə bilərlər.

Xəbər lenti