Logo

Gənc aqronomlara EMA Group şirkətində təcrübə və karyera perspektivləri barədə məlumat verilib - FOTO

16.11.2023 18:34 260 baxış
IMG

EMA Group şirkətinin əməkdaşları Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri ilə görüş keçirib.

ADAU-dan "Tehsil.biz"ə bildirilib ki, Aqronomluq fakültəsinin tələbələri ilə keçirilən görüşdə şirkətin baş direktoru Zaur Abdullayev və satış və marketinq meneceri Mehmet Manavoğlu tələbələrə EMA Group haqqında ətraflı məlumat verərək, şirkətin aqrar sahədə yeri və rolu, xarici portnyorlarla əlaqələrindən danışıblar. Bildirilib ki, EMA şirkəti Azərbaycanda kənd təsərrüfatı üçün dərman, gübrə, toxum və avadanlıq sahələrində 1996-cı ildə fəaliyyətə başlayan ilk və qabaqcıl şirkətdir. EMA şirkəti dünya miqyaslı lider şirkətlərinin Azərbaycanda rəsmi distribütorudur.

Gənc aqronomlar şirkətdə təcrübə və karyera perspektivləri barədə maarifləndirilib, sonra sualları cavablandırılıb.

Xəbər lenti