Logo

Mingəçevirdə 5 şagird "Hepatit A" virusuna yoluxub

16.11.2023 18:58 254 baxış
IMG

Mingəçevirdə 5 şagird "Hepatit A" virusuna yoluxub.

Tehsil.biz xəbər verir ki, bu barədə Modern.az-a Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəsmi nümayəndəsi Rüstəm Aslanov bildirib.

"Şagirdlərdən biri Mingəçevir Şəhəri 8 saylı tam orta məktəbin, iki nəfər Ruslan Muradov adına texniki-humanitar liseyin şagirdləridir. Digər iki şagird isə məcburi köçkün məktəbində təhsil alırlar".

Rüstəm Muradov uşaqların artıq Bakıya göndərildyini qeyd edib:

"Hepatit A" sarılıq sayılır. Uşaqlar, artıq Bakıya göndərilib. Mütəmadi olaraq uşaqların vəziyyətilə maraqlanacağıq. Hələlik bu qədər məlumatımız var".

Qeyd edək ki, "Hepatit A" (xalq arasında "sarılıq" deyilir) virusu ən çox çirkli sulardan keçir.  Yaxşı yuyulmamış tərəvəzdən, hovuz və dəniz suyundan da "Hepatit A" virusuna yoluxma riski daha çoxdur. "Hepatit A" xəstəliyinin simptomları solğunluq, saralma, halsızlıq, ürək bulantısı, temperatur və sidik rənginin tündləşməsidir.

Xəbər lenti