Logo

Bu il 32 mindən çox şəxsin xarici təhsil sənədi tanınıb

17.11.2023 15:57 304 baxış
IMG

"Bu il 32 mindən çox şəxsin xarici təhsil sənədi tanınıb".

Tehsil.biz xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icraçısı Kamran Rəsulov “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması: prosedurlar və diqqət yetirilməli məqamlar” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, ötən il 3530 nəfərin xarici sənədinin ekspertizası həyata keçirilib.

“Noyabrın 15-dək 6144 ərizəçinin sənədinin ekspertizası aparılıb. Bu, keçən illə müqayisədə 74 faiz çoxdur. Ərizələrə baxılma müddəti 3 aydan 10 iş gününə endirilib", - deyə Kamran Rəsulov qeyd edib.

Xəbər lenti