Logo

Tələbələr üçün “Proqramlaşdırmaya bu gündən başla!” mövzusunda seminar keçirilib - FOTO

17.11.2023 16:40 126 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “Div Academy” proqramlaşdırma kursunun birgə təşkilatçılığı ilə tələbələr üçün “Proqramlaşdırmaya bu gündən başla!” mövzusunda seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, informativ seminarın təlimçiləri - “Backend developer” Toğrul Vəlibəyli və karyera məsləhətçisi Zamir Camalov texnologiya əsrində əvəzolunmaz sahələrdən birinə çevrilmiş proqramlaşdırma, bu sahədə uğurlu və peşəkar kadr kimi yetişmək üçün vacib məqamlarla bağlı şəxsi təcrübələrini bölüşüblər.

Seminar iştirakçıları həyatın bütün sahələrinə nüfuz edən texnoloji inkişaf dövründə proqramçılara duyulan tələbat, bu sahənin mütəxəssislərinə qarşı qoyulan əsas tələblər, iş prosesinin avtomatlaşdırılması və səmərəliliyin artırılmasında proqramlaşdırmanın üsyünlüyü, proqramlaşdırmada analitik düşüncə qabiliyyəti və s. haqda ətraflı məlumatlandırılıblar.

Tədbirdə, həmçinin karyera quruculuğu, kadr tələbatının və hədəflərin müəyyənləşdirilməsi, işaxtaranlarla sahibkarların əlaqələndirilməsi kimi aktual mövzulara toxunulub.

Tələbələrlə təlimçilər arasında qurulan sual-cavab hissəsindən sonra seminarın fəal iştirakçıları müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

Xəbər lenti