Logo

Braziliyalı startap “Web Summit”in qalibi olub

18.11.2023 01:18 302 baxış
IMG

Braziliyadan olan “Inspira” startapı “Web Summit”in təşkil etdiyi “PITCH” startaplar müsabiqəsinin qalibi elan olunub.

Tehsil.biz konfransın təşkilatçılarına istinadən xəbər verir ki, “Inspira” 100-dən çox rəqib şirkəti geridə qoyub.

“PITCH” – “Web Summit” startaplar müsabiqəsidir və erkən inkişaf mərhələlərində aparıcı dünya startaplarını birləşdirir.

Hüquqi proqram təminatının istehsalçısı olan braziliyalı “Inspira” şirkəti süni intellektdən istifadə edərək, hüquqi informasiyanı hamı üçün əlçatan etmək üçün onun demokratikləşdirilməsi yolu ilə hüquq bazarının təkmilləşdirilməsinə yönəlib.

İkinci yeri Kiprdən olan səhiyyə sahəsindəki “Cognimate” startapı və Rumıniyadan “Kinderpedia” startapı – uşaqlara qulluq üçün həllərin istehsalçısı şirkəti bölüşüblər.

Qeyd edək ki, Portuqaliyanın paytaxtı Lissabonda 8-ci illik “Web Summit” texnoloji konfransı keçirilir. Tədbirdə 153 ölkədən 70 min nümayəndə iştirak edir, təxminən 2 608 startap təqdim olunub. Bu, tarix boyunca ən yüksək göstəricidir.

Xəbər lenti