Logo

BANM Portuqaliyada beynəlxalq təlimdə təmsil olunub - FOTO

18.11.2023 09:38 195 baxış
IMG

Bakı Ali Neft Məktəbinin prorektoru Oqtay Rzayev və Biznesin idarə edilməsi kafedrasının müdiri Altay İsmayılov Erasmus+ layihəsi çərçivəsində Portuqaliyanın Ali Texniki İnstitutunda keçirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) mövzusunda növbəti təlimdə iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, təlimə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi, layihədə iştirak edən 11 Azərbaycan ali təhsil müəssisəsinin rektoru, prorektorlar, inzibati və akademik heyət üzvləri, eləcə də layihənin İsveç, Polşa, İspaniya, Estoniyadan olan xarici tərəfdaş universitetlərinin nümayəndə heyəti qatılıb.

Əsas məqsədi innovasiya və sahibkarlıq fəaliyyətləri və tədbirlərinin universitetlərdə tətbiqinə dair Portuqaliya ali təhsil müəssisələrinin qabaqcıl təcrübələrinin yaxından öyrənilməsi olan təlim çərçivəsində müxtəlif görüşlər keçirilib, tədbir iştirakçıları “Beato” Yaradıcılıq Mərkəzi, İnnovasiya və Mühəndislik Mərkəzi, həmçinin “I-Start Lab & White Room” və “Tec Labs” kimi laboratoriyalar ilə tanış olublar.

Təlim çərçivəsində texnologiyaya əsaslanan sahibkarlıq proqramının təqdimatı, layihə idarəetmə iclası keçirilib və layihə üzrə qrup işi təqdim olunub.

Yeri gəlmişkən, bu təlim Mingəçevir Dövlət Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus+ layihəsi çərçivəsində həyata keçirilib.

Xəbər lenti