Logo

Riyaziyyatçı alimlər yeni elmi araşdırma aparıblar

18.11.2023 10:48 314 baxış
IMG

Riyaziyyat və Mexanika İnstitutunun alimləri yeni elmi araşdırma aparıblar.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

İnstitutun Riyazi analiz şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vaqif Quliyev və dosent Mehriban Ömərovanın həmmüəllifi olduqları “Ümumiləşmiş Orlicz-Morrey fəzalarında həqiqi Kalderon-Ziqmund operatorları və onların kommutatorlarınin xarakteristikası” adlı məqalədə ümumiləşmiş Orlicz–Morrey fəzalarında həqiqi Kalderon–Ziqmund operatorlarının zəif/güclü məhdudluğu üçün zəruri və kafi şərtlər əldə edilib.

Məqalə “Advances in Nonlinear Analysis” (WoS, IF-4.200) Q1 yüksək impakt faktorlu jurnalda dərc edilib.

Xəbər lenti