Logo

Tarix Muzeyində şəhid leytenant Erkin Hüseynovun şəxsi əşyaları qorunur

18.11.2023 12:00 305 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda şəhid leytenant Erkin Hüseynovun şəxsi əşyaları qorunur.

Bu barədə "Tehsil.biz"ə muzeydən məlumat verilib.

Erkin Hüseynov 2020-ci ildə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini bitirib, sonra hərbi xidmətdə olub. O, 2021-ci ilin sentyabr-noyabr aylarında Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində Ehtiyat zabit hazırlığı kursunu başa vurub və leytenant hərbi rütbəsinə layiq görülüb. E.Hüseynov 2022-ci il sentyabrın 12-də Kəlbəcər rayonunda Ermənistan ordusu tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.

O, “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.

Xəbər lenti