Logo

Bakı Biznes Universitetində seminar keçirilib - FOTO

18.11.2023 16:31 439 baxış
IMG

Noyabrın 17-də ABŞ-nin Sent-Luisdəki Vaşinqton Universitetinin Braun Məktəbinin elmi işçisi və müəllimi, Sosial İnkişaf Mərkəzinin sosial və iqtisadi inkişaf üzrə eksperti, Beynəlxalq sosial işçi Aytəkin Hüseynli tərəfindən “Azərbaycanda sosial işin bu günü və gələcəyi, sosial iş peşəsinin təşkil olunması” mövzusunda Bakı Biznes Universitetində seminar keçirilib.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Sosial İş İctimai Birliyinin (AZSİİB) təşkilatçılığı və Bakı Biznes Universitetinin dəstəyi ilə keçirilən seminarda akademik heyət və tələbələr iştirak ediblər.

Seminarı açıq elan edən Azərbaycan Sosial İş İctimai Birliyinin idarə heyətinin üzvü, ictimai sağlamlıq üzrə sosial işçi Sənan Ağayev iştirakçıları salamlayıb, üzvü olduğu təşkilatın fəaliyyəti barədə danışıb. 

Bakı Biznes Universitetinin Humanitar elmlər kafedrasının rəhbəri Aysel Qasımova  sosial işin əhəmiyyətini diqqətə çatdırıb, universitetin sosial iş ixtisasının təşkili sahəsində gördüyü işləri xatırladıb.

Aytəkin Hüseynli tərəfindən Azərbaycanda sosial iş, onun tarixi inkişafı, sosial işin peşə kimi təşkili məsələləri, eləcə də tələb olunan  nəzəri və praktik məlumatlar verilib. Yuxarıda  sadalanan mövzular üzrə sosial işçilərin bilik və bacarıqlarının artırılması istiqamətində görülməli işlərdən bəhs olunub.

İnteraktiv şəkildə təşkil olunan seminarda iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb, təklif və rəylər müzakirə olunub. 
Seminarın sonunda xatirə şəkli çəkdirilib.

Xəbər lenti