Logo

"Şuşa maarifi” sənədli filmi nümayiş edilib - FOTO

18.11.2023 23:51 168 baxış
IMG

Gəncə şəhər Heydər Əliyev Mərkəzində “Şuşa maarifi” sənədli filmi nümayiş edilib.

Tehsil.biz xəbər verir ki, təqdimat mərasimində Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, GDRTİ-nin əməkdaşları, idarə rəhbərləri, şəhər ictimaiyyəti, ümumtəhsil məktəblərinin direktorları müəllimlər və digər qonaqlar iştirak ediblər. 

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehovun açılış nitqindən sonra film nümayiş etdirilib. 

Qeyd edək ki, 49 dəqiqəlik film Şuşanın maarif tarixindən bəhs edir.  Azərbaycanın ilk dünyəvi məktəbi – Şuşada açılan qəza məktəbindən başlanan tarixdən söz açılan filmdə bu qədim şəhərin xalqımız üçün tarixi və mədəni əhəmiyyəti, həmçinin maarifçilik sahəsində önəmli rolu xüsusilə qeyd olunur. Filmin ssenari müəllifləri Cəsarət Valehov, Ramil Ələkbərov, rejissoru isə Elçin Qasımovdur. 

Filmdə Şuşanın Azərbaycanın təhsil və elm sahəsinə tanınmış alimlər, görkəmli ziyalılar bəxş etdiyi diqqətə çatdırılır, eləcə də maarif tarixini yaradan şəxsiyyətlər barədə danışılır.

​​​​​​

Xəbər lenti