Rusiyanın paytaxtı Moskvada ibtidai sinif müəlliməsi Kolomna yaxınlığındakı yanacaqdoldurma məntəqələrindən birində işləyən ərini döyərək öldürüb.
SİA bu barədə rus mətbuatına istinadən xəbər verir.
Qeyd edək ki, hadisə iki gün bundan əvvəl törədilib.
Maraqlıdır, qadını belə dəhşətli bir cinayətə sövq edən nədir, hələ bilinmir.
Federal xəbər agentliyi qadının ölçüyəgəlməz əməli sayəsində kişinin, bütün qabırğalarının qırıldığını, böyrək və qaraciyərinin parçalandığını bildirib.
Qeyd edək ki, həmkarları 53 yaşlı ibtidai sinif müəlliməsini ideal bir müəllim kimi xarakterizə ediblər.
Xatırladaq ki, bir müddət bundan əvvəl federal xəbər agentliyi Altayda başqa bir ibtidai sinif müəlliməsinin 10 yaşlı bir məktəbli qızın saçlarından tutub yazı lövhəsinə vurduğu barədə xəbər yaymışdı.