Logo

Amerikanın Hofstra Universitetinin professoru Əlyazmalar İnstitutunda mühazirə oxuyub - FOTO

20.11.2023 09:18 194 baxış
IMG

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun akt zalında özbəkistanlı şərqşünas, islamşünas alim, Amerikanın Hofstra Universitetinin professoru, tarix elmləri doktoru Elyor Kərimov “Özbək xanlıqlarında vəqfnamə, xan yarlıqları və qazı sənədləri” mövzusunda mühazirə oxuyub.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, alim auditoriyaya “XVII əsrin sonu-XX əsrin əvvəllərində Xirə xanlığının qazı sənədləri və xan yarlıqlarının qeydiyyatı” və “XVII-XIX əsr Kubraviya vəqfi: Orta Asiyada Kubraviya sufi təriqətinin tarixi üzrə yazılı mənbələr” adlı kitablardan hazırlanmış təqdimatını nümayiş etdirərək çıxışında qazı sənədləri, sufi təriqətinin tarixini əks etdirən bir sıra yazılı mənbələri, o cümlədən xan yarlıqları və vəqfnamələr haqqında ətraflı məlumat verib.

Mühazirə iştirakçılarının mövzu ilə bağlı sualları cavablandırılıb.

Professor E.Kərimov sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirib.

Elyor Kərimov UNESCO-nun Ümumdünya Yaddaş Reyestrinin Alt Komitəsinin və həmin təşkilatın təsis etdiyi “Sufizm, təsəvvüf və musiqi mədəniyyətinin “İnam yolları” jurnalının üzvü, o cümlədən UNESCO tərəfindən nəşr olunmuş “Mərkəzi Asiya sivilizasiyalarının tarixi” çoxcildliyinin müəllifidir.

Xəbər lenti