Logo

MDU-da Mingəçevir şəhərinin 75 illik yubileyinə həsr olunmuş seminar keçirilib - FOTO

20.11.2023 10:02 241 baxış
IMG

Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və Ekologiya kafedrası və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin (RESTİ)  birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Mingəçevir şəhərinin 75 illik yubileyinə həsr olunmuş “Mingəçevir şəhərində ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi” mövzusunda seminar keçirilib.

Bu barədə "Tehsil.biz"ə universitetdən bildirilib.

Seminarda 8 saylı RESTİ-nin nümayəndələri, MDU-nun Mühəndislik fakültəsinin bir qrup professor-müəllim heyəti üzvü, tələbə və magistrantları iştirak edib.

Tədbirdə giriş sözü ilə çıxış edən MDU-nun Fizika və ekologiya kafedrasının müdiri Təranə Yusibova Mingəçevirin ölkəmizin dördüncü böyük sənaye mərkəzi olması ilə yanaşı, həm də ən yaşıl və ekoloji cəhətdən təmiz şəhərlərindən biri olduğunu vurğulayıb. Şəhərdə ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi məsələlərinə xüsusi önəm verildiyini diqqətə çatdıran kafedra müdiri MDU-da “Ekologiya” və “Ekologiya mühəndisliyi” ixtisasları üzrə kadr hazırlığının təkmilləşdirilməsi və aparılan tədqiqatların səmərəliliyinin artırılması  barədə məlumat verib. Bu baxımdan universitetin RESTİ ilə əməkdaşlığının önəmini diqqətə çatdıran T.Yusibova birgə təşkil edilən seminarın sözügedən istiqamətlərdə görülən işlərə töhfə məqsədi daşıdığını qeyd edib və tədbirin təşkilində əməyi olanlara təşəkkürünü bildirib.

Ekoloji problemlərə həsr olunan videoçarxın nümayişindən sonra seminarda məruzələr dinlənilib. MDU-nun Fizika və ekologiya kafedrasının müəllimi Aytac Cavadova “Ekologiya və ətraf mühitin mühafizəsi prioritet məsələdir”, 8 saylı RESTİ-nin əməkdaşlarından Arzuman Ələkbərov “Tibbi tullantıların idarə edilməsi”, Ülkər Paşayeva “Ətraf mühitin çirklənməsinə görə tətbiq edilən ödənişlər” və Fərid Məlikov  “Dövlət ekoloji ekspertizasının təşkili” mövzusunda məruzələrlə çıxış ediblər.

İştirakçılar tərəfindən maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırılıb.

Xəbər lenti