Logo

BMU-da ingilis dilində “Söz oyunu” adlı bilik yarışının final mərhələsi keçirilib - FOTO

20.11.2023 14:11 193 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Mühəndislik fakültəsinin mexanika mühəndisliyi və logistika ixtisaslarının I kurs tələbələri arasında “Söz oyunu” adlı bilik yarışının final mərhələsi keçirilib.

Tehsil.biz xəbər verir ki, bilik yarışı tələbələrin söz ehtiyatını zənginləşdirmək, qruplar arasında həmrəylik yaratmaq, eyni zamanda əylənərək öyrənmək üçün əlverişli mühit formalaşdırmaq məqsədi daşıyıb.

Universitetin Pedaqoji fakültəsinin İngilis dili kafedrasının əməkdaşları Ziyafət Hüseynova və Çinarə Nərimanova tərəfindən “İngilis dilində akademik və işgüzar kommunikasiya” dərsi çərçivəsində təşkil olunan bilik yarışında 8 komanda iştirak edib.

Kafedranın digər müəllimlərinin də izlədiyi yarışın şərtlərinə uyğun olaraq, tələbələr semestr boyu öyrəndikləri söz ehtiyatından istifadə ediblər. Nəticədə ümumi balı ən çox olan iki komanda-“Eagles” (Mexanika) və “Dream team” (Logistika) final mərhələsinin qalibi olub.

Xəbər lenti