Logo

“İdarəetmədə kouçinqin bir metod və alət kimi tətbiqi” adlı təlim keçirilib

20.11.2023 15:29 302 baxış
IMG

13-17 noyabr tarixlərində dövlət orqanlarının aparat və insan resurslarının idarə olunması üzrə struktur vahidi rəhbərləri üçün “İdarəetmədə kouçinqin bir metod və alət kimi tətbiqi” mövzusunda təlim təşkil edilib

Tehsil.biz xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Psixoloji qiymətləndirmə və diaqnostika şöbəsinin müdiri Pərviz Kazımov tərəfindən keçirilən iyirmi saatlıq təlim proqramı çərçivəsində iştirakçılara kouçinqin müxtəlif növləri, əyani alətləri və dövlət qulluğu çərçivəsində səmərəli tətbiqi yolları barədə ətraflı məlumat verilib. Bundan əlavə, praktiki çalışmalar, demo kouçinq seansları, rol oyunları, interaktiv müzakirələr vasitəsilə iştirakçıların müvafiq təcrübə qazanmalarına imkan yaradılıb.

Yekun müzakirələr zamanı orqan nümayəndələri dövlət qulluğunda insan resurslarının inkişafı və səmərəli iş mühiti yaradılması baxımından sistemli kouçinq xidmətinin mümkün faydalarını vurğulamaqla yanaşı, bu mövzuda təlimlərin genişləndirilərək davam etdirilməsinin əhəmiyyətli olduğunu qeyd ediblər.

Xəbər lenti