Logo

BSU-da “Erməni terroru – tarixin qanlı səhifələri” adlı elmi seminar keçirilib - FOTO

20.11.2023 21:24 307 baxış
IMG

Noyabrın 20-də Bakı Slavyan Universitetində (BSU) "Erməni terroru – tarixin qanlı səhifələri" adlı elmi seminar keçirilib.

BSU-dan "Tehsil.biz"ə bildirilib ki, tədbiri giriş sözü ilə açan Diplomatiya və xarici siyasət kafedrasının müdiri Əsgər Əhməd tədbirin əhəmiyyətindən söz açıb. O, Qarakənd faciəsinin -20 noyabr hadisələrinin gənclər tərəfindən öyrənilməsinin vacibliyinə toxunub.

Sonra Azərbaycanşünaslıq və slavyan tədqiqatları Elmi-Tədqiqat Laboratoriyasının müdiri Sadir Məmmədov, Diplomatiya və xarici siyasət kafedrasının müəllimi Şəhla Abasova, Sosial elmlər fakültəsinin AJ-101 qrupunun tələbələri Minacət Səmədova, Nəzrin Hacıyeva məruzələrlə çıxış ediblər. Məruzələrdə Qarakənd faciəsi -20 noyabr hadisələri, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçılıq müharibəsinin tarixi kökləri, həmçinin erməni terror təşkilatları barədə ətraflı məlumat verilib. Eyni zamanda Azərbaycnaın 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfərdən bəhs olunub.

Elmi seminar müzakirələrlə davam edib.

Xəbər lenti