Logo

Fizika İnstitutunun əməkdaşları Hadrutda ezamiyyətdə olublar - FOTO

20.11.2023 21:54 391 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun laboratoriya rəhbəri, fizika elmlər doktoru Nadir Abdullayev və fizika üzrə fəlsəfə doktoru İradə Məmmədova “Energetika ixtisasları üzrə kadr hazırlığının aktual məsələləri” mövzusunda III respublika konfransında iştirak ediblər.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan konfrans Hadrutda təşkil olunub. Konfrans Sumqayıt Dövlət Universiteti, Azərenerji ASC Energetika İnstitutu və Azərişıq ASC Tədris mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib. Tədbirdə N.Abdullayev “Energetika üçün yeni materiallar - Maqnit topoloji izolyatorlar MnBi2Te4(Bi2Te3)n n=0, 1, 2 …” məruzə ilə plenar iclasda, İ.Məmmədova “Znİn2Se4 kristalların dielektrik xassələri” adlı məruzə ilə bölmə iclasında çıxış ediblər.

Xəbər lenti