Logo

Hacıqabulda məktəblilər qəzaya düşdü: ölən və yaralanan var

21.11.2023 09:40 363 baxış
IMG

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Tehsil.biz xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Abdulyan kəndində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan məktəblilər - 2010-cu il təvəllüdlü Məhəmməd Abuşov və 2008-ci il təvəllüdlü Əliyar Şirəliyev hadisə yerində ölüblər.

Sürücü və sərnişin olan digər məktəbli, 2014-cü il təvəllüdlü Pənah Abuşov xəsarətlərə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Kənan Nağıbəyli

Həmçinin oxuyun: 10-cu sinif şagirdi yol qəzasının qurbanı oldu

Xəbər lenti