Logo

Bu il Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 4 layihəsi qrant müsabiqəsinin qalibi olub

21.11.2023 17:41 292 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda yeni elmi araşdırmalar aparılır.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, bu il 3 problem üzrə aparılan elmi-tədqiqat işləri nəticəsində 11 mühüm elmi nəticə əldə edilib, 3 tətbiqi iş təklif olunub. Əməkdaşların 90 məqaləsi “Web of Science” və “Scopus” bazalarında indekslənən jurnallarda yer alıb, 4 patent alınıb.

İnstitutda beynəlxalq qrant çərçivəsində tədqiqatlar davam etdirilib, 4 layihə qrant müsabiqəsinin qalibi olub. Eyni zamanda, 2 monoqrafiya (1-i xaricdə), 2 dərslik nəşr etdirilib. Tədqiqatların nəticəsi olaraq 5 kitab, 141 məqalə çap olunub, əməkdaşlarının elmi əsərlərinə 1840-dan çox istinad edilib.

Xəbər lenti