Logo

Səhiyyə Nazirliyi: "Yekun attestasiya ATU-da keçiriləcək"

21.11.2023 19:34 353 baxış
IMG

Yekun Attestasiyanın test mərhələsi 23 noyabr 2023-cü il tarixində saat 11:00-da, Azərbaycan Tibb Universitetinin 5-ci korpusunda - İmtahan Mərkəzində aşağıda göstərilən ixtisaslar üzrə keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, yekun attestasiyanın ikinci mərhələsi 28 noyabr 2023-cü il tarixində saat 10:00-da Azərbaycan Tibb Universitetinin kafedralarında keçiriləcək.

Yekun attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidir.

Xəbər lenti