Logo

Trend Beynəlxalq İnformasiya Agentliyinin redaktoru ADU-nun tələbələri ilə görüşüb - FOTO

21.11.2023 20:34 225 baxış
IMG

Noyabrın 15-də Trend Beynəlxalq İnformasiya Agentliyinin redaktoru Asif Mehman Azərbaycan Dillər Universitetinin Beynəlxalq jurnalistika şöbəsinin tələbələri ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, görüşdə Universitetin III kurs tələbələri iştirak ediblər.

Redaktor Asif Mehman “Onlayn xəbərçilik”, “Xəbərin seçilməsi, hazırlanması və ötürülməsi”, “Xəbərin başlığı” mövzularında öz bilik və bacarıqlarını tələbələrlə bölüşüb, saxta xəbərlərin oxuculara, tamaşaçılara mənfi təsirindən danışıb.

O, xəbər yazarkən hansı mənbəələrə, faktlara diqqət yetirilməli olduğunu vurğulayıb.

Görüş ərzində redaktor tələbələri maraqlandıran sualları cavablandırıb.

Xəbər lenti