Logo

Proqramlaşdırma və dizayn sahələri üzrə təhsil imkanlarına həsr olunan tədbir keçirilib - FOTO

22.11.2023 17:28 320 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “Texnoera Academy”nin birgə təşkilatçılığı ilə “Proqramlaşdırma və UX/UI dizayn sahələri üzrə təhsil imkanı” mövzusunda tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, maarifləndirmə məqsədi ilə təşkil olunan tədbirdə “Texnoera Academy”nin əməkdaşı İlqar Bəşirov təmsil etdiyi şirkətin proqramlaşdırma və dizayn sahəsində peşəkarlaşmış təhsil mərkəzi kimi fəaliyyəti, həmçinin tədbirin mahiyyəti haqda məlumat verib.

Sonra təlimçilər Tural Səlimli və Kamran Namazov proqramlaşdırma və dizayn sahəsi ilə bağlı təqdimatlarla çıxış ediblər. Tədqimatlarda karyera quruculuğunun üstünlükləri, rəqəmsal məhsul anlayışı, istifadəçi interfeysi, istifadəçi təcrübəsi, kreativ rəqəmsal məhsul ideyalarının reallaşdırılması, bu məhsulların yaradılması zamanı bazar araşdırmalarının vacibliyi, məhsulun dizaynına qoyulan tələblər, planlaşdırma və s. məsələlərə toxunulub.

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “Texnoera Academy”nin birgə təşkilatçılığı ilə “Proqramlaşdırma və UX/UI dizayn sahələri üzrə təhsil imkanı” mövzusunda tədbir keçirilib.

Maarifləndirmə məqsədi ilə təşkil olunan tədbirdə “Texnoera Academy”nin əməkdaşı İlqar Bəşirov təmsil etdiyi şirkətin proqramlaşdırma və dizayn sahəsində peşəkarlaşmış təhsil mərkəzi kimi fəaliyyəti, həmçinin tədbirin mahiyyəti haqda məlumat verib.

Sonra təlimçilər Tural Səlimli və Kamran Namazov proqramlaşdırma və dizayn sahəsi ilə bağlı təqdimatlarla çıxış ediblər. Tədqimatlarda karyera quruculuğunun üstünlükləri, rəqəmsal məhsul anlayışı, istifadəçi interfeysi, istifadəçi təcrübəsi, kreativ rəqəmsal məhsul ideyalarının reallaşdırılması, bu məhsulların yaradılması zamanı bazar araşdırmalarının vacibliyi, məhsulun dizaynına qoyulan tələblər, planlaşdırma və s. məsələlərə toxunulub.

Auditoriya ilə interaktiv formada davam edən tədbirdə təlimçilər tələbələrdə maraq doğuran sualları cavablandırıblar. ilə interaktiv formada davam edən tədbirdə təlimçilər tələbələrdə maraq doğuran sualları cavablandırıblar.

Xəbər lenti