Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən oktyabrın 8-də dövlət qulluğuna qəbul üzrə keçirilmiş test imtahanında (B növü) müvəffəqiyyət qazanan namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.
DİM-dən "Tehsil.biz"ə bildirilib ki, namizədlər sertifikatlarını şəxsiyyəti təsdiqləyən sənədi təqdim etməklə Mərkəzin Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz regional bölmələrindən ərizə ilə müraciət etdikdən sonra növbəti həftə ərzində əldə edə bilərlər.