Logo

Azərbaycan filmləri “Yaradıcı Həftə” çərçivəsində ali məktəblərdə nümayiş olunacaq

22.11.2023 20:30 349 baxış
IMG

Dekabrın 1-də “Yaradıcı Həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gənc nəslin milli-mədəni ruhda formalaşmasına töhfə vermək, habelə dövlət dəstəyi ilə istehsal olunmuş filmləri tamaşaçılara daha yaxından tanıtmaq məqsədilə ali məktəblərdə film nümayişləri keçiriləcək.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, son illərdə Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilmiş “Qırmızı bağ”, “Qisas almadan ölmə”, “Daxildəki ada” və “Olimpia” tammetrajlı bədii filmləri, “Sarılar - Qarabağ atının izi ilə”, “Biz”, “Dağ kəndinin qış günü” və “Qafqaza qayıdış” sənədli filmləri ölkəmizin aparıcı tədris ocaqlarından olan ADA Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti və Azərbaycan Texniki Universitetində tələbələrə nümayiş etdiriləcək.

Xəbər lenti