Logo

Akademik Opera və Balet Teatrı “Min bir gecə” baletini növbəti dəfə uğurla təqdim edib - FOTO

23.11.2023 09:36 414 baxış
IMG

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı görkəmli bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baletini Heydər Əliyev Sarayında təqdim edib.

Teatrdan "Tehsil.biz"ə bildirilib ki, tamaşada əsas rolları Əməkdar artistlər Anar Mikayılov (Şəhriyar), Elmira Süleymanova (Nuridə), solistlər Fatimə Xələfova (Şəhrizad), Aleksandr Suldin (Nuridənin sevimli qulu) böyük məharətlə ifa ediblər.

Xalq artisti, professor Cavanşir Cəfərovun dirijorluq etdiyi tamaşada, həmçinin Əməkdar incəsənət xadimi Sevil Hacıyevanın rəhbərliyi altında xor kollektivi və teatrın solisti Fatimə Cəfərzadə də çıxış ediblər.

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən olan Fikrət Əmirov Azərbaycan və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatıdır. Bəstəkar klassik musiqinin bir çox janrlarında - balet, opera, operetta, simfoniya kimi dəyərli əsərlər yazıb-yaradıb.

Fikrət Əmirovun "Min bir gecə" baleti uzun illərdir ki, Opera və Balet Teatrının repertuarında səhnələşdirilir.

Xəbər lenti