Logo

Müharibə iştirakçısı olan məktəb direktoru vəfat edib - FOTO

23.11.2023 10:02 1167 baxış
IMG

Saatlı rayon Əhmədbəyli kənd orta məktəbinin direktoru, Vətən müharibəsi iştirakçısı Eldost Azayev qəfil dünyasını dəyişib.

Tehsil.biz xəbər verir ki, 44 yaşlı E.Azayev ötən gecə vəfat edib.

Qeyd edək ki, Eldost Azayev Vətən müharibəsinə könüllü yollanıb və döyüşlərdə leytenant kimi iştirak edib. Ona müharibənin gedişində baş leytenant rütbəsi verilib. E.Azayev Vətən müharibəsindən sonra Qubadlının və Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif edilib.

Xəbər lenti