Logo

"Müsəlman dövlətlərinin bir-birinə qarşılıqlı dəstək göstərməsi, islam birliyinin gücləndirilməsi olduqca vacibdir"

23.11.2023 11:28 238 baxış
IMG

"Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi, dünyada islam həmrəyliyinin möhkəmləndirilməsi istiqamətində təşkilatın səylərini davamlı olaraq dəstəkləyir".

Tehsil.biz xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin əmək nazirlərinin Bakıda keçirilən V konfransının iştirakçılarına müraciətində yer alıb.

Azərbaycan Prezidenti qlobal böhranların, bəşəriyyət qarşısında duran yeni sınaq və çətinliklərin, islamofobiyanın geniş yayıldığı dövrdə müsəlman dövlətlərinin bir-birinə qarşılıqlı dəstək göstərməsinin, islam birliyinin gücləndirilməsinin olduqca vacib olduğunu qeyd edib.

"2023-cü il Azərbaycan üçün xüsusilə əlamətdar il oldu. Otuz il ərzində ərazilərimizdə mövcud olan “boz” zonanı aradan qaldıraraq və separatizmə son qoyaraq ölkəmizin suverenliyini, konstitusiya quruluşunu bərpa etdik, bununla da beynəlxalq hüququn və ədalətin təntənəsini özümüz təmin etdik.

İslam Əməkdaşlıq Təşkilatı Ermənistanın Azərbaycana qarşı otuz il davam edən təcavüzünü və işğalçı siyasətini hər zaman pisləyib, həm İkinci Qarabağ müharibəsi zamanı, həm də postmüharibə dövründə Azərbaycanın haqq işini, ərazi bütövlüyünü daim və ardıcıl şəkildə dəstəkləyib. Buna görə İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərə minnətdarlığımızı bildiririk", - Dövlətimizin başçısı bildirib.

Mərcanə Əsədova

Xəbər lenti