Bakı Slavyan Universitetinin (BSU) əməkdaşları və tələbələri növbəti uğura imza atıblar.
BSU-nun mətbuat xidmətindən Tehsil.biz-ə bildirilib ki, onlar Bolqarıstan Elmlər Akademiyasının professoru Lyubomir Andreyçin adına Bolqar Dili İnstitutu tərəfindən keçirilən “Yazılanlar qalır. Düzgün yazın!” kampaniyası çərçivəsində onlayn formada təşkil olunan imla müsabiqəsində iştirak ediblər. Kampaniyanın keçirilməsinə BSU-nun Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi dəstək verib.
Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin müdiri Sofiya Şiqayeva və BSU-dakı Bolqar Tədris-Mədəniyyət Mərkəzinin mütəxəssisi Leyla Ocaqverdiyeva, bu ali məktəbin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin tələbəsi Fidan Siraczadə, Tərcümə fakültəsinin tələbələri Aysel Məmmədova, Aydan Babatova, Tərgül Əsədova və Fatimə Əliyeva yüksək səviyyəli yazılarına görə diplomla təltif ediliblər