Logo

SOCAR nümayəndə heyəti Çində “Huawei” şirkətinin rəhbərliyi ilə görüşüb - FOTO

23.11.2023 19:51 226 baxış
IMG

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) viste-prezidenti Ziba xanım Mustafayevanın rəhbərliyi ilə nümayəndə heyəti Çin Xalq Respublikasına səfəri çərçivəsində “Huawei” şirkətinin Pekin Sərgi Mərkəzi ilə tanış olub və şirkətin rəhbər heyəti ilə ikitərəfli görüş keçirib.

Tehsil.biz xəbər verir ki, görüşdə “Huawei” Akademiyasının dəstəyi ilə BANM-də yaradılacaq kompüter şəbəkə laboratoriyasının əhəmiyyəti vurğulanıb, müasir avadanlıqla təchiz edilən laboratoriyanın gələcək fəaliyyəti müzakirə edilib.

Görüşdə həmçinin Çinin aparıcı informasiya texnologiyaları şirkəti olan “Huawei” ilə 2019-cu ildən faydalı əməkdaşlığın həyata keçirildiyi bildirilib. Əməkdaşlıq çərçivəsində Azərbaycanda ilk dəfə SOCAR-ın Bakı Ali Neft Məktəbində müəllim və tələbələr üçün informasiya texnologiyaları sahəsində müxtəlif modulların onlayn tədrisinə xidmət edəcək “Huawei IT Akademiyası”nın fəaliyyətə başlaması, həmçinin kompüter şəbəkələri laboratoriyasının qurulmasına verdikləri dəstəyə görə "Huawei" şirkətinin rəhbərliyinə təşəkkür edilib, gələcəkdə əməkdaşlığın daha da inkişaf edəcəyinə əminlik vurğulanıb.

Xəbər lenti